Siyasi və hüquq-mühafizə orqanları dairələrində dolaşan məlumatlara görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əlində olan səs yazılarına görə, Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan «İqla» ZRK-nin alınması və Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparıb.
Qəzet yazır ki, MTX-nin məlumatlarına əsasən, zenit-raket kompleksinin köməyi ilə Ermənistan prezidentinin və digər yüksək vəzifəli şəxslərin olduğu vertolyota zərbənin endirilməsi bəzərdə tutulubmuş.
Xatırladaq ki, srağagün S.Babayan İrəvanda Gürcüstandan ölkəyə «İqla» ZRK-nin çatdırılması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Yerli KİV ehtimal edir ki, S.Babayan Ermənistanın iki keçmiş və hazırki prezidentlərinə qarşı cinayətkar əməllər planlaşdıran silahlı qruplaşma yaradılmasında ittiham oluna bilər.