«Ayın əvvəllərində «Şahdəniz» yatağında problemlər oldu və bizdə Azərbaycan ərazisindən qaz təchizatı iki-üç gün ərzində praktiki olaraq məhdudlaşdı. Əlbətdə, biz bu halda istehlakçıların qaz təchizatını məhdudlaşdıra bilməzdik və «Qazprom»la əvvəldən bağladığımız müqavilə çərçivəsində nəzərdə tutulan və konkret şərtlərdə istifadə olunmağa hesablanan qaz həcmindən istifadə etdik», - Valişvili bildirib.
Nazir müavini bildirib ki, martın əvvəllərində Rusiyadan alınan əlavə qaz həcmindən başqa Gürcüstan yanvar-fevral aylarında «Qazprom eksport»dan 100 milyon kubmetr qaz alıb.
Xatırladaq ki, Azərbaycanda son vaxtlar əhalinin qazla təchizatında tez-tes fasilələr yaranıb, yaxud mənzillərə verilən qazın təzyiqi kəskin aşağı düşüb. «Azəriqaz» bunu hansısa təmir işləri, şəbəkənin yenilənməsi və ya qəzalarla əsaslandırıb. «Şahdəniz»də problem yarandığı barədə isə Azərbaycan rəsmilərinin hansısa açıqlamasına rast gəlinməmişdi.