Vaxt.Az
Ərəfatı şorba ilə zəhərləyiblər
«O, qaşığı ataraq hamama qaçdı»
Fələstin Milli Muxtariyyətinin banisi və birinci başçısı Yasir Ərəfatın dul qadını bildirib ki, onun ərini yaxınlarından biri şorba ilə zəhərləyib.Ərəb mətbuatının məlumatına görə, Suha Ərəfat bunu Misir telekanalına müsahibəsində söyləyib.Suha Ərəfat mərhum ərinin qalıqlarının ekspertizasını keçirməyə inad edib və İsveçrə alimləri onun nümunələrində radioaktiv polonium-210 elementi tapıblar. Bu nəticə indiki Fələstin hakimiyyətinə Ərəfatın ölümünün «qeyri-təbii yolla» olduğunu deməyə imkan verib.
«Zəhəri şorbaya qoymuşdular. Əbu Əmmar (yəni Ərafat) birinci qaşığı udandan sonra onu sanki cərəyən vurdu… Qaşığı ataraq hamam otağına qaçdı», - deyə Suha Ərəfat Misirin «DreamTV» telekanalına bildirib.
18.11.2013 çap et