Vaxt.Az

«Neft 40 dollara qədər ucuzlaşa bilər»


 

Yeni şift nefti inqilabı gözlənilir?

«Neft 40 dollara qədər ucuzlaşa bilər» Rusiya Maliyyə Nazirliyi dünya bazarlarında neftin 1 barelinin 40 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nazirliyin gəlir departamentinin rəhbəri Yelena Lebedinskaya neftin ucuzlaşması səbəbilə Moskvanın 12-15 milyard dollar ziyana düşəcəyini deyib.

Bununla belə, onun fikrincə, zəif rubl dövlətin büdcə öhdəliklərini daha asan şəkildə icra etməsinə şərait yaradacaq. Martın 8-dən başlayaraq dünya bazarında neftin ucuzlaşaraq 48-52 dollar civarında hərəkət etməsini davamlı proses adlandrıan Lebedinskaya ABŞ-ın «qara qızıl» bazarına önəmli təsirindən danışıb.

Ekspertlərin fikrincə də, ABŞ energetika bazarında önəmli pay sahibidir. «Argus» şirkətinin proqnozuna görə, neftin bahalaşmasına mane olan ABŞ Energetika Nazirliyi və Beynəlxalq Energetika Agentliyinin neft ehtiyatları ilə bağlı proqnozları və yeni şift nefti inqilabının baş verməsidir. Bu faktorlar Amerikanın neftdən asılılığının azalmasına və artıq alan neftin digər ölkələrə satılması ilə bazarda «qara qızıl»ın ucuzlaşması amilidir.

 





24.03.2017    çap et  çap et