Belarus hökumətinin məlumatında bildirilir ki, Oyunların keçirilməsi üzrə müqavilənin layihələri, idman proqramı, idman obyektlərinin tikinti və təmir işlərinin gedişatı nəzərdən keçirilib, media mərkəzin yerləşdirilməsi variantları müzakirə edilib.
İclasın yekununda 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.
Qeyd edək ki, Birinci Avropa Oyunları 12-28 iyun tarixində Bakıda keçirilib.