Fins.az xəbər verir ki, Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən yanacaqdoldurma məntəqələrini satmağı düşündüyünü bəyan edən şirkət artıq Türkiyədə yeni YDM-lərin açılışına hazırlaşır.
Qeyd edək ki, «Lukoyl» Rusiyada 2 min 544 yanacaqdoldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir. Ümumilikdə, şirkət yeddi regionda 700-dək yanacaqdoldurma biznesini bağlamaq niyyətindədir.
Eyni zamanda, «Lukoyl» Türkiyədə pərakəndə şəbəkəsini genişləndirmək niyyətindədir. Bu haqda şirkətin prezidenti Vahid Ələkbərov bildirib. İndi şirkət Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsinə (bazarının 5 faiz) sahiblik edir: «Biz neft emali zavodumuz olan Belçika və Hollandiyada iştirakımızı artırdıq, Balkanlarda çox güclü mövqeyə malikik, bundan başqa, Türkiyədə fəallığımızı artırmaq niyyətindəyik. Niyə məhz Türkiyə? Çünki bizim zavodlar bu bazara istiqamətlənib».