Vaxt.Az

Şeyx II Qareginə məktub göndərib


 

Mövzu əsir erməni hərbçi Akop İnciqulyanla görüşdür

Şeyx II Qareginə məktub göndərib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni katolikosu II Qareginə məktub göndərib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, Şeyxin məktubu bir müddət əvvəl II Qareginin xahişi ilə Azərbaycanda əsirlikdə olan hərbçi Akop İnciqulyanla görüşünün nəticəsi ilə bağlıdır.
Xidmət rəhbəri məktubun detallarının açıqlanmadığını bildirib.
Qeyd edək ki, A. Paşazadə erməni əsirlə görüşündə Ermənistana qayıtmasında ona yardımçı olmağı təklif etsə də, A.İnciqulyan bundan imtina edərək, üçüncü ölkəyə getmək istədiyini bildirib.
A.İnciqulyan Şeyxdən ona yardım etməsini istəyib.
 





19.11.2013    çap et  çap et