Ter-Petrosyan «Kentron» telekanalının efirində deyib: «Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq».
Ter-Petrosyan qeyd edib ki, dövlət cəmiyyəti münaqişənin həllinə hazırlamalıdır: «Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam».
Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi «Erməni Milli Konqresi» aprelin 2-də keçiriləcək parlament seçkilərinə «Ermənistan Xalq Partiyası» ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.