«Joqovurd» qəzeti yazır ki, bu , təsadüfi deyil. Çünki Dağlıq Qarabağın keçmiş «müdafiə naziri» Samvel Babayan Gürcüstandan «İqla» zenit raketi gətirdiyi üçün həbs olunub. Onun «yüksək vəzifəli şəxslərin vertolyotunu vurmağı planlaşdırdığı» haqda xəbərlər var. İki il əvvəl isə İrəvanda Sərkisyanın təyyarəsini vurmağı planlaşdıran silahlı qrup həbs edilmişdi.
Ermənistanın dövlət mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan Sərkisyanın təhlükəsizliyinin gücləndirilməsinin səbəbləri haqda suala belə cavab verib ki, bunlar «sırf standart tədbirlərdir» və Samvel Babayanın həbsi ilə bağlı deyil. «Mən bilmirəm ki, iki döyüş vertolyotunu kim görüb, lakin biz prezidentin təhlükəsizliyindən çıxış edərək belə desək standart protokol tədbirləri həyata keçiririk», - o deyib.