«Müvafiq qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır. «Şərq bazarı»nın sökülməsi ilə bağlı nazirliyə hər hansı müraciət daxil olmayıb», - deyə V. Şıxməmmədov bildirdi.
***
11:04
Bakının Nərimanov rayonu ərazisində yerləşən «Şərq bazarı» söküləcək.
Bu haqda məlumatı musavat.com yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: «Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də «Şərq bazarı», böyük ehtimalla, plana düşəcək... Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcəklər».
Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu da qeyd edib.