Vaxt.Az

BP «Şahdəniz»də işi dayandırır


 

Müddətin nə qədər çəkəcəyi bilinmir

BP «Şahdəniz»də işi dayandırır BP Azərbaycanın Xəzərdəki «Şahdəniz-1» yatağında işi bu ilin ikinci yarısında dayandıracağını elan edib. Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, bu haqda BP-nin hasilat, transformasiya və minerallar üzrə əməliyyat direktoru Qordon Birell bildirib. Xəbər verildiyi kimi Qordon Birell ötən gün Bakıda olub və prezident İlham Əliyevlə görüşüb. BP-nin əməliyyat direktoru «Şahdəniz-1» platformasında işlərin «texniki xidmət» üçün dayandırılacağını bildirib. Lakin işlərin hansı müddət çəkəcəyi haqda məlumat verməyib.

«Şahdəniz-1»də problemin yarandığı haqda bundan əvvəl Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirmişdi. O demişdi ki, martın əvvəllərində «Şahdəniz»də problem yaranıb, nəticədə Azərbaycandan Gürcüstana qaz təchizatı bir neçə günlüyə dayanıb. Nazir müavini Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyanın «Qazprom» şirkətindən müqavilə üzrə nəzərdə tutulmuş və xüsusi şərtlərdə istifadəsi nəzərdə tutulan qaz həcmindən 100 milyon kubmetr aldıqlarını açıqlayıb. Azərbaycanın energetika sektoru rəsmiləri «Şahdəniz»də problemin nədən ibarət olduğu haqda açıqlama verməyib.

 





30.03.2017    çap et  çap et