Bu barədə «Report»a sosial şəbəkələrdə xarici sayta istinadən yayılan Donald Trampın Azərbaycan üçün viza rejiminin ləğv edilməsinə dair fərman imzalaması haqqında məlumatı şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
«ABŞ səfirliyi bu informasiyanın həqiqətəuyğun olmadığını və Azərbaycan vətəndaşları üçün ABŞ vizası almaq üçün prosedurda heç bir dəyişiklik edilmədiyini təsdiqləyə bilər», - səfirlikdən bildiriblər.