Qeyd edək ki, işğalçı ölkədəki hərbi hissələrin birinin komandiri anbar rəisi, gizir Aşot Yayololyan və digərləri ilə əlbir olaraq 3840 litr (1mln.259 min dram dəyərində) yanacağı mənimsəyiblər. Onlar hər dəfə 450-500 litr yanacağı Gümrüdəki yanacaq stansiyasına gətirib satdırıblar. Hissə komandirinin cinayətinə Rudik Karapetyan və Lernik Vardanyan da yardım edib.
Bir məqamı qeyd edək ki, Ermənistan hökuməti hazırda müxalifətdə olan və seçki mübarizəsinə girişmiş sabiq müdafiə naziri Seyran Ohanyanı yanacağın mənimsənilməsinə görə ittiham etsə də, qarşı tərəf bunu təkzib edirdi. Baş nazir Karen Karapetyan iddia etmişdi ki, aprel müharibəsində tanklara tökməyə yanacaq tapılmayıb. İttihamların etiraf olunması isə Ohanyana qarşı cinayət işi açıla biləcəyi ehtimalını ciddiləşdirir. Bu, hələ bir hərbi hissədəki oğurluq faktıdır və hazırda aparılan araşdırmalar sözsüz ki, əlavə cinayətləri üzə çıxaracaq. Bir müddət əvvəl sabiq müdafiə naziri həbs təhlükəsi barədə sualın cavabında «Ermənistanda hər şüy mümkündür» demişdi. Belə çıxır seçkidən sonra Serj Sərkisyanın bir çox arzuolunmaz rəqibləri kimi, Ohanyanı da cəza gözləyir.