Bununla bağlı musavat.com erməni mediasına istinadən xəbər verir. MSK sədri Tiqran Mukuçyan keçirdiyi brifinqdə ölkədə 2 mln. 587 min 706 seçicinin olduğunu iddia edib. Dediyinə görə, indiyədək İrəvanda seçicilərin 58,46 faizi səs verdiyi məlum olub, ancaq bu, yekun nəticə deyil.
Bu arada, Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublikaçılar partiyasının nümayəndəsi ölüm faktına görə sorğu-suala tutulmaqdadır. Partiyanın deputatlığa namizədi Arman Saakyanın seçki qərargahında ölən 70 yaşlı qadının orada olmasının səbəbləri barədə maraqlı iddia irəli sürüb. Deyib ki, guya səsverməyə gedən qadının elə qərargahın qarşısındaca halı qəfildən pisləşdiyi üçün onu içəri gətirib su veriblər, amma az sonra keçinib və qocanı xilas etmək mümkün olmayıb. Halı pisləşən qadının səsverməyə getdiyini necə dəqiqləşdirib, namizəd bunu deməyib.
Ancaq bu gün «Azadlıq» radiosunun erməni bürosunun təmsilçisi hakim partiyanın namizədlərinin birinin qərargahında səsverməyə gələnlərə pul paylanması faktı ilə əlaqədar reportaj hazırlayanda döyülmüşdü. Şübhələr var ki, qadın da «səs payı»nı almağa gedirmiş və ordaca ölüb.