Vaxt.Az

Ohanyanla Ter-Petrosyanın şansı qalmayıb


 

Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür

Ohanyanla Ter-Petrosyanın şansı qalmayıb Ermənistanda bu gün keçirilən və kütləvi saxtakarlıqla müşaiyət olunan parlament seçkilərinə dair səsvermənin başa çatmasından az sonra Yerkir Media telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri açıqlanıb.

Nəticələrə əsasən hakim Respublika partiyası 46 faiz səslə birincidir. İkinci yeri oliqarx Qaqik Tsarukyanın «Tsarukyan» seçki bloku tutur-25 faiz. Üçüncü yerdə isə deputat Nikol Paşinyanın «Çıxış» blokudur. Bu blokun 10 faiz səs yığaraq seçki blokları üçün nəzərdə tutulmuş baryeri keçdiyi proqnozlaşdırılır. «Daşnaksütun» və «Erməni dirçəlişi» partiyaları isə hərəyə 5 faiz səs yığıb. Exit-poll nəticələri təsdiqlənsə bu partiyalar da parlamentdə təmsil olunacaq. Çünki partiyalar üçün seçki baryeri 5 faizdir.

Keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi «Ohanyan-Raffi-Oskanyan» seçki bloku və Levon Ter-Petrosyanın sülh şüarı ilə seçkilərə qatılmış «Erməni Milli Konqresi-Xalq partiyası» bloku isə 3 faiz səsə ümid edə bilər. Onların parlamentdə təmsil olunmaq şansı yoxdur.

 





02.04.2017    çap et  çap et