Ekspert bildirib ki, Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistan etiraz aksiyalarına adət edib.
«Bu ölkədə, bir qayda olaraq, istənilən hadisəyə reaksiya verilir, etirazçı fəallığı həddən çoxdur. Qərb isə bunu dəstəkləyir və demokratiyanın elementi kimi qəbul edir», - Balmasov deyir.
Balmasov Levon Ter-Petrosyanın «sülh partiyası»nın zəif nəticə göstərməsini də şərh edib və bildirib: «Ermənistanda sülh çağırışları elə də populyar deyil. Lakin hakimiyyətin bu bloku parlamentə buraxmaması yanlış hərəkət olardı. Bu qüvvə təhlükəli deyil, fəqət belə yanaşma Qərbin xoşuna gələ bilər».