Vaxt.Az

Marionet seçki tamaşasının qəhrəmanları


 

Serjik, «Tupoy Qaqo», daşnaklar, bir də damdagəzən «Paşinyan»...

Marionet seçki tamaşasının qəhrəmanları Sərkisyan rejiminin təqdim etdiyi marionet «seçki tamaşası» sona çatdı. «Tamaşanın qurluşçu rejissoru», Ermənistanın Mərkəzi Seçki Komissiyası səslərin 90 faizdən çoxunun sayılmasına əsasən bildirir ki, ötən gün aprelin 2-də keçirilən parlament seçkilərində 4 partiya və siyasi blok palamentdə təmsil olunacaq.

Bunlardan hakim Respublika partiyası 49.3 faiz səslə birincidir. İkinci yerdə «Tupoy Qaqo» ləqəbli oliqarx Qaqik Tsarukyanın «Tsarukyan» blokudur, blok 27.6 faizdən çox səs yığıb. Üçüncü yerdə prezident Serj Sərkisyanın seçkiqabağı Qarabağda etdiyi çıxış zamanı «damdan dama tullanıb bərkdən qışqıraraq» təbliğat aparan müxalif deputat Nikol Paşinyanın «Çıxış» blokudur-7.39 faiz. Habelə Daşnaksütun İnqilabi Federasiyası siyasi partiyalar üçün nəzərdə tutulmuş 5 faizlik seçki baryerini keçərək 6.74 faiz səs əldə edib. Qalan bloklar və partiyalar seçki baryerini keçə bilməyiblər. Xəbər verildiyi kimi seçkilər total qanun pozuntuları-karusel üsulunun bütün ölkə boyu tətbiqi, seçicilərə pul paylanılması, qutulara topa bülletenlərin atılması, bir nəfərin eyni vaxtda bir neçə nəfərin yerinə səs verməsi kimi saxtakarlıqlarla müşaiyət olunub.

 





03.04.2017    çap et  çap et