Vaxt.Az
Məşhur diktorun səhhəti yenidən pisləşdi
«Bundan belə «yaxşıyam» deyə bilməyəcəm»
Türkiyədən müayinədən qayıdan Xalq artisti Rafiq Hüseynov həkim nəzarəti altında müalicə olunur. Məşhur diktor bir ağciyərlə yaşamağın çətin olduğunu deyib: «Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb, havam çatmır, boğuluram».Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib: «Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, «yaxşıyam» deyə bilməyəcəm, çünki artıq pisəm».
Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.
06.04.2017 çap et