Virtualaz.org xəbər verir ki, stadionda bir qrup müxalifət tərəfdarı toplaşıb, onların sayı 400-500 nəfərə yaxındır. Toplaşanların əksəriyyəti AXCP-nin funksionerlərin və digər «ştatlı» müxalifətçilər, o cümlədən islamçılar və qərbmeyli qrupların fəallarıdır. Xatırladaq ki, mitinq icazəlidir, Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verib.
Təşkilatçılar mitinqin ölkədəki «bahalaşmaya və korrupsiyaya» qarşı «xalq etirazı» kimi nəzərdə tutmuşdu. Lakin xalq kütlələri bu dəfə də müxalifəti boykot eib və meydanda əvvəlki aksiyalardakı tanış sifətlərdən başqa gözə dəyən yoxdur. Mitinqçilər əllərində Avropa İttifaqının da bayraqlarını tutublar. Meydana toplaşanlar arasında islamçıların daha fəal olduğu görünür. Onlar Nardaran hadisələrinə görə həbs olunanların azadlığa buraxılmasını tələb edirlər. Tribunada Əli Kərimli, Cəmil Həsənli, Gözəl Bayramlı və digər müxalifət funksionerləri dayanıb.