Vaxt.Az

Yetərsay alınmır


 

Ermənistan parlamentinin iclası yenə baş tutmadı

Yetərsay alınmır Yetərsay olmadığından Ermənistan parlamentinin 5-ci çağırış 11-ci sessiyası keçirilməyib. «Report» xəbər verir ki, iclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib.

Halbuki sessiyanın keçirilməsi üçün 66 deputat iştirak etməlidir.

Qeyd edək ki, martın 20-23-də də yetərsay olmadığından parlamentin iclasları baş tutmamışdı.

Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.

 





10.04.2017    çap et  çap et