Vaxt.Az

Tillerson Rusiyaya gəldi


 

ABŞ-ın dövlət katibi Putinlə görüşəcəkmi?

Tillerson Rusiyaya gəldi ABŞ dövlət katibi Reks Tillerson Moskvaya səfər edib. «Report» xəbər verir ki, dövlət katibi İtaliyada G-7 ölkələri XİN başçılarının görüşündən sonra Rusiyaya gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə R.Tillerson arasında aparılacaq danışıqlar çərçivəsində beynəlxalq təhlükəsizlik sahəsində aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bu, Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsində Rusiyaya ilk səfəridir.

Səfər aprelin 12-də başa çatacaq.

Virtualaz.org xatırladır ki, dünən ABŞ dövlət katibi Reks Tillersonun Rusiya prezidenti Vladimir Putinlə görüşünü ləğv etdiyi barədə xəbər yayılmışdı.

Bundan başqa, Moskvaya səfəri ərəfəsində onun Suriya rejiminə verdiyi dəstəyə görə Rusiyaya ultimatum verdiyi bildirilmişdi.

 





11.04.2017    çap et  çap et