1) Bankda bir əmanətin varsa, kompensasiya əmanətin valyutasında ödənilir. Amma bir neçə əmanətin varsa, valyutasından asılı olmayaraq, manatla qaytarılır. Xeyir ola?!
2) Bankda yalnız manat əmanətin varsa, kompensasiyanı manatla alırsan, yalnız dollar əmanətin varsa, kompensasiyanı dollarla alırsan. Amma həm dollarda, həm də başqa valyutada əmanətin varsa, kompensasiyanı manatla alırsan. Riyaziyyat və məntiq qanunları niyə işləmir ki bu halda? Gülməlidir sadəcə!
Təbii, sözügedən hər iki halda əmanətçi əmanətini rəsmi məzənnə ilə alır və nəticədə məzənnə fərqində itkiyə məruz qalır. İndiyədək Əmanətlərin Sığortalanması Fondu bu maddədən istifadə edərək müflis bankların əmanətçilərinin başına xeyli oyun açıb. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək və sözügedən maddəni qüvvədən salacaq. Ən azı Mülki Məcəllənin 51-ci fəslinə zidd olduğu üçün: əmanət qoyulduğu valyutada qaytarılmalıdır. Hər hansı borc üzrə olduğu kimi. Necə olur ki, dollar kreditlərini dollarla (uzaq başı bankın öz kommersiya məzənnəsi ilə manatla) ödəməyi tələb edirlər, amma dollar əmanətlərini rəsmi məzənnə ilə manatla qaytarırlar? Bu ikili standarta son qoyulmalıdır!