Vaxt.Az

«Zərbə» ermənilərin növbəti kabusu


 

Azərbaycan kumulyativ başlıqlı PUA-lar buraxacaq

«Zərbə» ermənilərin növbəti kabusu Müdafiə Sənayesi Nazirliyi «Zərbə KH» (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının (PUA) yaradılması istiqamətində işlərə başlayıb. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.

«Hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan «Zərbə KH» (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb», - deyə nazir Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Y.Camalovun sözlərinə görə, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. «Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq», - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. «Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb», - deyə o əlavə edib.

 





12.04.2017    çap et  çap et