Vaxt.Az

Lombardların növbəti özbaşınalığı


 

«Nağdsız hesablaşmalar haqqında» Qanunu pozurlar

Lombardların növbəti özbaşınalığı Lombardların qanun pozuntuları haqda dəfələrlə yazmışam:

1) öz vəsaitləri ilə deyil, cəlb edilmiş vəsaitlərlə kredit verərək qanunsuz bank fəaliyətini həyata keçirirlər;

2) borc alanların girovlarını məhkəmədənkənar qaydada satırlar (və ya mənimsəyirlər) və s. və i. a.

Heç bir dövlət qurumu da onlara nəzarət etmir! Ümid edirəm ki, onların növbəti pozuntusuna dövlət qurumları biganə qalmayacaq. Belə ki, məlum olduğu kimi, bu ilin əvvəlindən qüvvəyə minmiş «Nağdsız hesablaşmalar haqqında» Qanununun 3.4.1-ci maddəsinə əsasən kreditlərin verilməsi yalnız nağdsız qaydada həyata keçirilə bilər. Yəni o cümlədən lombard da borc alana krediti nağd verə bilməz, borc alanın bank hesabına köçürməlidir. Lakin reallıqda lombardlar kreditləri, əvvəlki kimi, nağd şəkildə verir. Ən azı ona görə ki, başdan ayağa qanunsuz fəaliyyət göstərən, böyük ehtimalla vergidən də yayınan lombardlara şəffaf şəkildə fəaliyyət göstərmək sərf etmir. Aidiyyəti dövlət qurumlarımız isə lombardlar tərəfindən Qanunun açıq-aşkar pozulmasına göz yuma-yuma sahibkarlara Qanunda nəzərdə tutulmayan məhdudiyyətləri (məsələn, nağdlaşdırma limiti) tətbiq edir. Görəsən niyə?..

 





13.04.2017    çap et  çap et