Vaxt.Az

Təxribatçılar fürsət axtarır


 

Radikalın təriqəti yox, məqsədi olur

Təxribatçılar fürsət axtarır Təbii ki, yaradılan komissiyanın rəyi əsasında məscidlə bağlı qərar veriləcək. Amma məsələ ətrafında yaradılan süni ajiotaj onu göstərir ki, bunu siyasiləşdirərək təxribat törətmək istəyən inanclı insanlarla dövləti qarşı-qarşıya qoymaq istəyən qüvvələr var. Məsciddə fəaliyyət göstərən icma rəhbərləri də ötən gün həmin ərazidə hay küy salan adamları tanımadıqlarını deyiblər.

Söhbət «Sovetski» adlanan ərazidə yerləşən bu «Hacı Cavad» məscidindən gedir. Tikilinin texniki vəziyyəti və görünüşü ilə bağlı nəsə demək yəqin ki artıqdır.

Ötən əsrin əvvəllərindən inşa olunan bu tikili kiçik məhəllə məscidi kimi fəaliyyət göstərsə də, dini icma kimi qeydiyyatdan keçməyib. Üstəlik bina memarlıq standartları və tarixi görünüşü nəzərə alınmadan bir neçə dəfə təmir olunub.

Ətrafda isə geniş miqyaslı işlər gedir. Paytaxtın müasir mədəni simasına xələl gətirən gecəqondu tipli tikililər sökülür. Burada böyük abadlıq işləri görüləcək və paytaxtın ən gözəl parklarından biri salınacaq.

Amma bir qrup dırnağarası təəssübkeş ortaya çıxıb, bu binanın sökülməsinə müqavimət göstərərək məsələni siyasiləşdirməyə cəhd edir.

Maraqlıdır, müasir parkın mərkəzində bu cür tikilini görmək istəyi hansı təxəyyülün məhsuludur. Bu addımı heç cür dini təəssübkeşlik, inanclı insanların ibadət ehtiyacı ilə də izah etmək olmaz. Çünki, yaxınlıqda paytaxtın ən böyük və qədim məscidlərindən biri olan «Təzəpir», habelə «İmam Hüseyn», «Qasım bəy», «Hacı Sultanəli» və «Xanım Zəhra» məscidləri fəaliyyət göstərir.

Bu hadisədən istifadə edib təxribat törətmək istəyən qüvvələrin olduğunu elə buradakı icmanın rəhbərləri də etiraf edib. Belə ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində icma nümayəndələri ilə görüş keçirilib.

Məlumata görə, məscidlə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma «Müsəlman Birliyi Hərəkatı»nın təəssübkeşləridir.

Görünən odur ki, bu təxribatçılar ölkədə iğtişaş yaratmaq vətəndaşları xüsusi ilə də inanclı insanları dövlətdən narazı salmaq istəyirlər.

Xaricdən qidalanan bu təxribatçı qüvvələrin məhz İslam Həmrəyliyi Oyunları ərəfəsini seçməsi də təsadüfi deyil. Onlar bu taktikadan Avropa Oyunları, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində də istifadə ediblər. Amma təcrübə göstərir ki, o vaxt da istəklərinə çatmayan bu qüvvələrin niyyətləri yenə baş tutmayacaq.

 





13.04.2017    çap et  çap et