Virtualaz.org «Bloomberg»ə istinadən bildirir ki, bunu prezidentin müşaviri Mehmet Uçum deyib.
«Mən düşünmürəm ki, təklif edilmiş modeldə çatışmazlıqlar var. Amma əgər hər hansı çatışmazlıqlar aşkar ediləcəksə, mümkündür ki, biz onlara baxaq və səsverməni yenidən təşkil edək», - deyə dövlət başçısının müşaviri bildirib.
Ancaq səsvermənin müvəffəqiyyətsizliyi halında «heç kim deməyəcək ki, dövlət quruluşunun sistemi yaxşıdır və ondan imtina etmək lazımdır», - deyə Uçum əlavə edib.
Xatırladaq ki, səsverməyə çıxarılmış Konstitusiyaya düzəlişlər baş nazirin vəzifəsinin ləğv edilməsini və prezidentə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur. O, hökumət başçısı olacaq, fərmanlar verəcək, fövqəladə vəziyyət elan edəcək, nazirləri təyin etmək və parlamenti buraxmaq hüququ alacaq. Düzəlişlər, həmçinin 2019-cu ildə prezident və parlament seçkilərinin keçirməsini nəzərdə tutur.