Rusiyanın xarici borcu 2017-ci il aprel ayının 1-nə 529,7 mlrd. ABŞ dolları təşkil edib. «Rambler News Service» xəbər verir ki, bu barədə açıqlama Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib. İlin əvvəlindən Rusiyanın xarici borcu 16,2 milyard dollar və ya 3,1 faiz artım göstərib.Rusiya Bankı iqtisadiyyatın bütün sektorlarında borcun artdığını bildirib. Borc əsasən rus rublunun möhkəmlənməsi fonunda yerli valyutada olan borcların təkrar qiymətləndirilməsi nəticəsində meydana gəlib. Bundan başqa, 2017-ci ilin ilk rübündə dövlət idarəetmə orqanlarının borclarının artdığı vurğulanıb.
Xatırladaq ki, aprelin 7-nə Rusiyanın beynəlxalq ehtiyatları həftəlik müqayisədə 2,2 milyard dollar və ya 0,6 faiz azalaraq 395,7 milyard dollara düşüb.
çap et