Vaxt.Az

ABŞ-İsrail müttəfiqliyinə son qoyulur?


 

Aviqdor Liberman: «Ərəb və islam dünyasından pul güdən ölkələrlə müttəfiqlik istəmirik»

ABŞ-İsrail müttəfiqliyinə son qoyulur? İsrail dövləti ABŞ-ın yerinə yeni müttəfiqlər axtarışına çıxacaq. Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə İsrailin xarici işlər naziri Aviqdor Liberman açıqlama verib. Bildirib ki, İsrailin özünə yeni müttəfiq axtarma səbəbi, beynəlxalq problemlərə yanaşma zamanı hər iki dövlətin mövqelərinin üst-üstə düşməməsidir.
A.Liberman, İsrail və onun strateji müttəfiqi olan ABŞ-la münasibətlərin zəiflədiyini də sözlərinə əlavə edib və ABŞ-ın daxili iqtisadi problemlərinin olduğuna işarə edib.
Liberman, yeni müttəfiqlərin qarşısına qoyduqları şərtləri də bəyan edib: «Biz ərəb və islam dünyasından pul güdən ölkələrə müttəfiq olmaq istəmirik. Biz yeni müttəfiqlər axtarırıq».
 





21.11.2013    çap et  çap et