Vaxt.Az

Türkiyəli nazirdən sensasion açıqlama


 

«Hazırda PKK-nın əlində yeni nəsil 11 raket var»

Türkiyəli nazirdən sensasion açıqlama «Hazırda terrorçu PKK qruplaşmasının əlində yeni nəsil 11 raket var». «Report» xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

«Bu, böyük bir təhlükədir. Onların Qərbdən gətirildiyini də bilirik. Həmin raketləri onlara PYD (terrorçu PKK-nın Suriyadakı qolu - red.) verib. PKK ilə PYD eyni şeydir», - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri ABŞ başda olmaqla Qərb dövlətlərinin PYD-ni silahlandırmasına dəfələrlə etiraz ediblər.

 





14.04.2017    çap et  çap et