Vaxt.Az

Erməni siyasi məhbus aclıq aksiyası keçirir


 

Hraçya Boyacyana arvadı da dəstək verir

Erməni siyasi məhbus aclıq aksiyası keçirir 19 iyul Sari Tağda baş verən hadisələr zamanı həbs edilən erməni siyasi məhbus Hraçya Boyacyan artıq 10 gündür ki, aclıq aksiyası keçirir.

Bu barədə «news.am»a müsahibəsində onun yaxınları deyib.

Siyasi məhbusun həyat yoldaşı Narine Qazaryan da onun azad edilməsi üçün aclıq aksiyasına başladığını bildirib.

Xatırladaq ki, Ermənistanda «Sasna Tsrer» hadisələrinə görə tutulan və eyniylə Boyacyan kimi uzunmüddətli aclıq aksiyasi keçirən siyasi məhbus Artur Sarkisyan bir müddət əvvəl ölüb. Onun ölümü Ermənistanda etirazlara səbəb olmuşdu.

 





14.04.2017    çap et  çap et