Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev «SOCAR Polymer» MMC-nin məhsulunun təqdimatına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu sahədə əldə olunan təcrübə «SOCAR Polymer» kimi layihənin icra olunmasına imkan verib: «Bu layihəyə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən şirkətlər də qoşulub. Bu sahə inkişaf etməkdə davam edir və yeni bazara azad çıxış imkanı mövcuddur. Ona görə digər özəl şirkətlər bu sahədə öz layihələrini həyata keçirə biləcək».