Mayk Pompeo (Mike Pompeo) bu bəyanatları aprelin 13-də Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində etdiyi çıxışında səsləndirib.
Pompeodan başqa, bir sıra ABŞ millət vəkilləri və siyasətçiləri də «Wikileaks» və onun banisi Julian Assanc barədə buna bənzər fikır irəli sürüblər.
Ötən il keçirilmiş ABŞ prezident seçkisi zamanı təşkilat Demokratik Partiyanın rəsmilərinə və onların prezidentliyə namizədi Hillari Klintona aid elektron məktubları sızdırıb.
ABŞ kəşfiyyat agentlikləri yanvar ayında bildirmişdilər ki, sözügedən haker müdaxiləsi Klintonun seçki kampaniyasına ziyan vurmaq və nəticədə Donald Trampın qələbəsinə kömək etmək məqsədi güdüb.
ABŞ rəsmiləri Rusiyanın hərbi kəşfiyyat - Baş Kəşfiyyat İdarəsini və ölkənin əsas təhlükəsizlik agentliyi olan Federal Təhlükəsizlik Xidmətini kibermüdaxilələrdə ittiham ediblər.
Tramp isə «Wikileaks»in müdaxilələrini şərh edərkən demişdi ki, o, Klintonun e-maillərinin sızdırılmasından məmnundur.