Vaxt.Az

41 ölü, 22 itkin


 

Cənubi Azərbaycanda daşqın fəsadları durmadan artır

41 ölü, 22 itkin İranın şimal-qərbində daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfər çatıb. Trend-in verdiyi məlumata görə, 22 nəfər itkin düşmüş sayılır. Qeyd edək ki, güclü leysan yağışları Şərqi Azərbaycanda başlayıb. Təbii fəlakət ən çox Azerşehr və Acabşır şəhərlərinə ziyan vurub.


***


19:31(15.04.2017)

İranın şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 8 nəfər itkin düşmüş hesab olunur. Bu barədə İranın fövqəladə vəziyytələr üzrə orqanının rəhbəri İsmayıl Nəcar məlumat verib.

Bundan əvvəl ölənlərin 25 nəfər olduğu bildirilirdi. Daşqınlar cümə günündən İranın Qərbi və Şərqi Azərbaycan, Kürdüstan və Zəncan əyalətlərinə yağan güclü yağışlar nəticəsində baş verib.

Ölənlərin əksəriyyəti Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Hazırda axtarış-xilasetmə işləri gedir.


***


14:04

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

APA-nın məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.

Ölü və itkin sayının artacağı ehtimal olunur.


***


11:57

İranda baş vermiş daşqınlar nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.

«Trend»in məlumatına görə, təbiət hadisəsindən ən çox zərər çəkmiş Əcəbşir şəhərində 14 nəfərin meyiti tapılıb. Daha 3 nəfər Azərşəhr ətrafında həlak olub.

Ümumilikdə, 37 nəfərin xəsarət aldığı barədə məlumat verilib.


***


11:17

İranın Şərqi Azərbaycan vilayətində güclü yağıntılar nəticəsində daşqın baş verib.

Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb.

Bundan başqa daşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb.

Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib. («Trend»)

 





16.04.2017    çap et  çap et