Vaxt.Az

Ərdoğan səs verdi


 

Referendum başladı, bütün gözlər Türkiyədə

Ərdoğan səs verdi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsində iştirak edib.

Ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gələn Türkiyənin dövlət başçısı səsvermədən sonra referendumun tarixi əhəmiyyəti barədə fikir və mülahizələrini KİV nümayəndələri ilə bölüşüb.


***


12:21

Türkiyənin baş naziri Binali Yıldırım İzmir şəhərində konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs verib.

***


10:00

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb. Bir sıra vilayətlərdə yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 8:00) seçki məntəqələri səsvermə üçün açılıb. Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da başa çatacaq.

«Anadolu» agentliyi xəbər verir ki, ölkədə 55 milyon 319 min 222 seçici qeydə alınıb və seçki məntəqələrində 167 min 140 qutu qoyulub. Referendumun gedişi və səslərin sayılması 10 siyasi partiya tərəfindən izlənəcək.

Ölkə qanunlarına görə, ümumxalq səsverməsi günü radio, televiziya və digər KİV-lər yerli vaxtla saat 18:00-dək seçkinin nəticələri ilə bağlı xəbərlər, proqnozlar və şərhlər verə bilməz. Saat 18:00-21:00 arasında isə referendum haqqında yalnız Ali Seçki Komissiyası tərəfindən verilən informasiyalar yayımlanacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda, baş nazir Binali Yıldırımın İzmirdə səs verəcəyi bildirilir.

 





16.04.2017    çap et  çap et