Vaxt.Az

Ermənistanda təlaş


 

Buna cəhd olsa, Rusiya zəhərini Yerevanın üzərinə tökəcək

Ermənistanda təlaş «Rusiya «rəngli inqilab» anlayışına kifayət qədər geniş yanaşır. Moskvaya görə, vətəndaşların itənilən seçimi «rəngli inqilab»dır».

Modern.az saytının xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdə «rəngli inqilab»a imkan verməyəcəkləri barədə bəyanatını şərh edən erməni ekspert Ruben Meqrabyan bildirib.

Onun sözlərinə görə, Kreml Ermənistanda hakimiyyətin Moskvanın diktəsindən kənar formalaşmasının istənilən üsulunu Kreml «rəngli inqilab» kimi xarakterizə edir.

«Az qala korrupsiya ilə mübarizəni, Avropa, Qərblə yaxınlaşmanı da «rəngli inqilab» kimi tanıyırlar. «Rəngli inqilaba» cəhd olacaqsa, aydındır ki, Rusiya öz zəhərini Ermənistanın üzərinə tökəcək».

Ekspert qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatna gəlincə, bu, Rusiyanın əlində güc vasitəsidir.

«Rusiya istənilən kütləvi hərəkatı boğmaq üçün bu təşkilatdan istifadə edə bilər. Rusiya etirazları «rəngli inqilab» adlandırıb onu yatırda bilər».

 





16.04.2017    çap et  çap et