Bu fəlakət bizim qardaş-bacılarımızın başına gəlmişdir, təbii ki, buna biganə deyilik. Məlumatları həyəcanla izləyir və ortada olan vəziyyət bizi incidir. Amma incimək qədər ağır vəziyyət bizim utanmağımızdır. Bu fəlakətə kənardan sadəcə müşahidə etmək utancvericidir.
Səfirlikdən ricamız odur ki, Şərqi Azərbaycan vilayətinin yerli idarəetmə orqanlarına bizim müraciəti çatdırılsın. Bilsinlər ki, təbii fəlakətin ziyanlarını aradan qaldırmaq üçün yanınızda olub gecə gündüz çalışmağa hazır yüzlərlə vətəndaşımız var. Yardım çağırışı üçün təyin olunan gün və ünvanı gözləyirik.
Hörmətlə, Yüzlərlə vətəndaşımız adından Emil SAİDLAR