Vaxt.Az

Tikinti materialları istehsalı artsa da...


 

Metal məmulatlarınınkı yarıdan çox azalıb

Tikinti materialları istehsalı artsa da... Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 17,4% artaraq 287,4 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkədə sement istehsalı 4,5% artaraq 1,7 mln. ton, tikinti gipsi istehsalı 33,8% artaraq 153,4 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 11,4% artaraq 1151,5 min ton olub.
Bu il noyabrın 1-nə müəssisələrin anbarlarında 17,6 mln. manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,7%-i qədər hazır məhsul ehtiyatı olub.
Digər bir xəbərə görə yanvar-oktyabr aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 324,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, istehsalın həcmi metallurgiya sənayesində 0,3% artıb.
Dövlət Statistika Komitəsinin başqa bir məlumatına görə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,7% azalma baş verib.
Yanvar-oktyabr ayları ərzində sahə üzrə 1,6 min ton və ya 77,7% çox çuqun tökmə, 57,1 min ton və ya 9,0% çox polad borular, 189,5 min ton və ya 8,6% az armatur istehsal edilib.
 





23.11.2013    çap et  çap et