Vaxt.Az

Film kimi olay


 

Gəlin toy gecəsi 5 illik sevgilisi ilə qaçdı

Film kimi olay Aprelin 15-də İmişlidə gəlinin toyu günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb. Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq, gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıblar. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.

Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz.


***


15:00

İmişli rayonunda gəlin toy gecəsi evdən qaçıb.

Lent.az xəbər verir ki, hadisə aprelin 15-də baş verib. İmişli şəhərində yerləşən «Kral» şadlıq sarayında toy mərasimi keçirilən Qaradonlu kənd sakini, 18 yaşlı Sevil Quliyeva (ad-soyad şərtidir) bəy evindən qaçıb. Onun sevdiyi oğlanla birgə qaçdığı iddia edilir.

Hadisə ilə bağlı qızın atası İmişli Rayon Polis Şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır və cinayət tərkibi müəyyən edilərsə, faktla bağlı cinayət işi açıla bilər.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri avropa.info yayıb.

 





17.04.2017    çap et  çap et