«Ekbatan bəndinin ümumi su tutumu 36 milyon kubmetrdir. Hazırda saniyədə 27 min litr su bəndə daxil olur və saniyədə 4 min litrdən çox su bəndi aşaraq ətraf ərazilərə yayılır», - deyə məlumatda bildirilir.
Tehran Bölgə üzrə Su Şirkətinin icrası direktoru Məhəmmədrza Bəxtiyarı isə aprelin 17-də Letyan və Əmir Kəbir bəndlərinə həddindən artıq su daxil olduğu üçün suyun müəyyən hissəsinin buraxıldığını qeyd etmişdir.