Vaxt.Az
Erməni praporşik oliqarxdan rüşvət istəyib
Vardanyan Bakıda ona verilmən 23 rublu heç vaxt unutmayacaq
Erməni oliqarx Ruben Vardanyan Rusiyanın «Kommersant» qəzetinə müsahibəsində tələbəlik və əsgərlik illərindən danışıb. O, Bakıda keçən əsgərlik günlərindən danışıb:
- Mən Moskva Dövlət Universitetinə qəbul olmuşdum. Birinci kursdan sonra başqa uşaqlar kimi məni də orduya götürdülər. Mən Azərbaycana düşdüm. Onda Azərbaycanla Ermənistan arasında müharibə yox idi, amma münasibətlər artıq gərgin idi. Bakıda məni bir erməni praporşik qarşıladı və dedi: «Ermənistanda xidmət eləmək istəyirsən?» Mən dedim: «İstəyirəm». O dedi: «300 rubl ver, gedərsən». Mən: «Yanımda bu qədər pul yoxdur». O dedi: «Yaxşı, 50 bəsdir». Cavab verdim: «Mənim yalnız 27 rubl pulum var». O isə «Bu artıq həyasızlıqdır» dedi və getdi. Onda mənimlə birlikdə qatarda gələn uşaqlar mənə dedilər: «Biz hərəmiz üç rubldan yığmışıq. Götür bu pulu və get Ermənistanda xidmət elə». Mən həmin 23 rublu bütün həyatım boyu unutmaram.
26.11.2013 çap et