Vaxt.Az

İranda siyasi böhran böyüyür


 

Həsən Ruhani İnqilab Keşikçiləri Korpusunu tənqid etdi

İranda siyasi böhran böyüyür İran prezidenti Həsən Ruhani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkənin iqtisadi məsələlərinə müdaxilə etməsini tənqid edib.

APA-nın verdiyi məlumata görə, İranın Müdafiə Gününə həsr olunmuş tədbirdə çıxış edən H. Ruhani bildirib ki, silahlı qüvvələrin iqtisadi məsələlərlə yaxından maraqlanması əsas vəzifələrini icra etməyə maneçilik törədir.

Xatırladaq ki, bir müddət əvvəl SEPAH-ın sabiq komandiri Mohsen Rezai İran iqtisadiyyatının idarə olunmasını SEPAH-a həvalə edilməsini məqsədəuyğun hesab etdiyini bildirib, ölkənin hakimiyyət orqanlarının bu vəzifənin öhdəsindən gələ bilmədiyini deyib.

 





18.04.2017    çap et  çap et