Vaxt.Az

«İslahat qasırğası» MTN-ə çatdı


 

Yaşı tamam olan işçilər təqaüdə göndərilir

«İslahat qasırğası» MTN-ə çatdı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Bakı şəhərindəki rayon idarə rəisi işdən çıxarılıb. Nazirliyin Nərimanov rayon İdarəsinin rəisi Natiq Abuzərli təqaüd yaşına çatdığına görə pensiyaya göndərilib. MTN-də başqa kadr dəyişikliklərinin aparıldığı da deyilir. Xidmət müddəti başa çatan bir neçə əməkdaş da təqaüdə çıxarılıb.
MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə açıqlamasında məlumatı təkzib etməyib və bildirib ki, təmsil etdiyi qurum xüsusi xidmət orqanı olduğundan, buradakı kadr dəyişikliyi ilə bağlı sualları cavablandırmağı məqsədəuyğun hesab etmir.
 





26.11.2013    çap et  çap et