Aprelin 19-da Bağdadda etimadnaməsini İraqın xarici işlər naziri İbrahim əl-Cəfəriyə təqdim edən İrəc Məscidi, onunla regionda baş verən olaylar, qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi, «terrorizmə qarşı birgə mübarizə» və digər məsələlər barədə danışıqlar aparıb.
35 il «Sepah»da fəaliyyət göstərən İrəc Məscidi, 8 il davam edən İran-İraq müharibəsi illərində «Sepah»ın «Ramazan» qərargahının komandiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Qasım Süleymaninin başçılıq etdiyi «Qüds» qüvvələri ilə İraqda yenicə yaradılmış «Həşdi əl Şəəbi» qüvvələri arasında yaxın əlaqələr var və İran, həmin qüvvələrə hər baxımdan, o cümlədən də hərbi və maddi baxımdan yardım edir.