Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri «Monako»nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının 1/4 finalında «Borussiya»ya (Dortmund) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, Dortmund təmsilçisinin böyük klub olduğunu bildirib: «20 dəqiqə ərzində rəqibə təzyiq göstərdik. Layiqli qələbə qazandıq».
J.Jardim yarımfinalda hansı komanda ilə qarşılaşaqlarının onun üçün fərqi olmadığını deyib: «Hər hansı seçim edə bilmərəm. Çünki çox güclü 3 komanda var. Bütün yarımfinalçılar kuboku qazana bilər. Favorit deyilik, amma əzmkar mübarizə aparacağıq».