Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Dortmund «Borussiya»sının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalında «Monako»ya 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
«İkinci hissədə oyuna nəzarət etməyə çalışdıq. Ancaq yenə fərqlənə bilmədik. «Monako» bizdən daha güclü idi», - deyə o bildirib.
O, Almaniyada klubun avtobusunun yaxınlığında baş verən partlayışın oyunçuların çıxışına təsir etdiyini vurğulayıb: «Bu hadisənin üstündən cəmi 8 gün keçib. Buna görə də oyunçularım üçün oynamaq çətin idi. Partlayış baş vermədən öncə yarımfinala yüksəlməyə hazır idi. Ancaq vəziyyət dramatik şəkildə dəyişdi».