Vaxt.Az

Tələbələr də tərpəndi


 

15 minə yaxın gənc prezident iqamətgahının qarşısına toplaşacaq

Tələbələr də tərpəndi Ukraynanın 12 universitetini təmsil edən 15 minə yaxın tələbə prezident iqamətgahına gedərək Viktor Yanukoviçə Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması tələbi əks olunmuş müraciət təqdim edəcəklər. Bu barədə Kiyevin Müstəqillik Meydanındakı kütləvi aksiyanın təşkilatçıları öz «Facebook» səhifələrində məlumat veriblər.
Tələbələr bu gün Müstəqillik Meydanında öz tələblərini səsləndiriblər. Onlar bildiriblər ki, siyasətçilərin və təhsil ocaqları rəhbərlərinin hər hansı təsiri olmadan özləri təşkilatlanıblar və tətilə başlayıblar. Tələbələr ölkə gəncliyinin böyük əksəriyyətinin dərhal Avropa Birliyi ilə assosiasiya sazişi imzalanmasını istədiklərini söyləyib. Onlar bəyan ediblər ki, gənclər ölkənin gələcəyi olduğu üçün hakimiyyət bu səsə qulaq verməlidir. Tələbələr prezident Viktor Yanukoviçdən görüş istəyiblər.
 





27.11.2013    çap et  çap et