5 il davam edən tədqiqatda 250 min könüllü iştirak edib.
Bu illər ərzində onlardan 2430-u vəfat edib, 3748 nəfərdə xərçəng xəstəliyi aşkar edilib, 1110 nəfərin isə ürəyi ilə bağlı problemləri meydana çıxıb.
Velisopeddə gəzmək xəstələrin ölüm riskini təqribən iki dəfə azaldıb.
Tədqiqat iştirakçıları həftə ərzində orta hesabla 48 kilometr məsafəni qət ediblər.
«Tamamilə aydındır ki, fəal həyat tərzi keçirən insanlar özlərini bu cür xəstəliklərdən sığortalamış olurlar. Bizə infrastrukturu dəyişərək onu velosipedçilər üçün daha uyğun etmək lazımdır», - deyə tədqiqatçı həkimlərdən biri Jason Jill BBC-yə açıqlamasında bildirib.