Beləliklə, tapıntıları eramızdan əvvəl 1550-1069-cu illər arasında mövcud olan Yeni Şahlıq dövrünə aid edilir.
Luksor Qədim abidələr nazirliyinin yerli bürosunun direktoru Mustafa Vəziri jurnalistlərə açıqlamasında deyib ki, XVIII dövr sülalərinin məhşur Hökmdarlar Vadisində dəfn olunması barədə ötən əsrin əvvəlində məlumatlar olsa da, bu vaxt ərzində arxeoloqlar məbədə giriş tapa bilməyiblər.
Qədim abidələr və mədəni irs nazirliyinin rəhbəri Xalid Enani yaxşı qorunub saxlanılan tabutların əhəmiyyətli olduğunu bildirib.
Arxeoloqlar aşkar edilən mumiyaların başlanğıc olduğunu qeyd ediblər.
Onlar daha içəri otaqda XXI sülaləsinə aid qəbirlərin aşkar edildiyini söyləyiblər.
Daha sonra mütəxəssislər mumiyalanmış insanların ölüm səbəblərini, onların məxsus olduğu qəbiləni və həyat şəraitini müəyyən etmək niyyətindədirlər.
Misirin Luksor şəhəri yaxınlığında yerləşən Hökmdarlar Vadisi məbədi 1979-cu ildə UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul edilib.