APA xəbər verir ki, qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında araşdırıldıqdan sonra təsdiqlənib.
Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənən şəxslər bunlardır:
1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim
2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi
3. Hazırkı prezident Həsən Ruhani
4. «İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi»nin üzvü Seyid İbrahim Rəisi - Sadat
5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf
6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba
İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və onun sabiq müavini Həmid Bəqayinə prezident seçkilərində iştirak etməyə icazə verilməyib. Bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçən M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.
Qeyd edək ki, səlahiyyəti təsdiqlənməyən şəxslər sabahdan 5 gün ərzində səlahiyyətlərinin təsdiqlənməməsinə görə etiraz edə bilər.