Vaxt.Az

«Traktor» «İstiqlal»ı «şumladı»


 

Derbini təbrizlilərin 50 min azarkeşi izləyib

«Traktor» «İstiqlal»ı «şumladı» Təbrizin Səhənd stadionunda yerli vaxtla saat 17:45-də bu şəhərin «Traktor» futbol komandası ilə Tehranın «İstiqlal» takımı arasında başlayan görüş bu dəqiqələrdə meydan sahibinin xeyirinə başa çatdı.

İran üzrə futbol klublarının super liqa yarışlarının 28-ci həftəsində keçirilən görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Yerli komandaya qələbə qazandıran qol oyunun 87-ci dəqiqəsində Məhəmməd İbrahimi tərəfindən vurulub.

Bununlada «Traktor» ən prinsipial və həlledici görüşdə paytaxt komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb və 53 xalla (imtiytaz) turnir cədcəlinin 2-ci pilləsinə yüksəlib.

«Traktor»-«İstiqlal» görüşündə təxminən 50 min nəfər tamaşaçı qismində iştirak edib.

«Traktor» fanatları bundan öncə elan etdikləri kimi, aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti və 1979-cu il aprelin 20-də Sulduzda Azərbaycan övladlarının terrorçular tərəfindən öldürüldüyü günün ildönümü münasibəti ilə stadiona qara geyimlərlə gəlib və qara bayraqlar qaldırıblar.

 





21.04.2017    çap et  çap et